Tomas Bax üçün yeni status

  • Dünən, 20:35

Tomas Bax ömürlük Beynəlxalq Olimpiya Komitəsinin (IOC) fəxri prezidenti statusunu daşıyacaq.

Sportlife.az xəbər verir ki, buna IOC üzvləri Yunanıstanda keçirilən sessiyada səs veriblər.

Komitənin yeni prezidentinin seçilməsi sabah, martın 20-də baş tutacaq.

71 yaşlı Bax 2013-cü ildən IOC-un rəhbəridir. O, 2025-ci il iyunun 23-də rəsmən istefa verəcək.


Paylaş: