Dias nəhənglərin hədəfində

  • Dünən, 16:57

"Liverpul" yayda hücumçusu Luis Diasla yollarını ayırmağa hazırlaşır.

Sportlife.az xəbər verir ki, komandanın baş məşqçisi Arne Slotun 28 yaşlı futbolçunun satışına icazə verdiyi iddia olunur.

"Barselona" Diasın xidmətində maraqlıdır, Kataloniya klubunun direktoru Deku kolumbiyalının pərəstişkarıdır. "Liverpul" hücumçu üçün təxminən 70 milyon avro tələb edir. Diasla PSJ, "Mançester Siti", "Milan" və Səudiyyə Ərəbistanı klubları da maraqlanır.

Diasın klubla müqaviləsi 2027-ci ildə başa çatacaq 


Paylaş: