
Yeni sistem Premyer Liqada özünü doğrultmur
İngiltərə Premyer Liqası yarıavtomatik ofsayd texnologiyasının (SAOT) tam tətbiqini bir daha təxirə salıb.
Sportlife.az xəbər verir ki, cihaz FA Kubokunun 5-ci turunun oyunlarında istifadə edilsə də, “Bournmut”- “Vulverhempton” matçında uğursuz olub. Belə ki, həmin matçda vurulan qolu izləmək 8 dəqiqə vaxt aparıb.
2024-cü ilin aprelində Premyer Liqa klubları cari mövsümdə yeni sistemin tətbiqinin lehinə yekdilliklə səs veriblər.