
"Neftçi"dən nümunəvi addım
“Neftçi”nin əməkdaşları və veteran futbolçular qocalar evində olublar.
Sportlife.az xəbər verir ki, klubun təşkilatçılığı ilə Sosial Xidmətlər Agentliyinin ahıl şəxslər üçün nəzərdə tutulan müəssisəsində baş tutan görüşdə veteran futbolçulardan – İqor Getman, Bəxtiyar Musayev, Ədəhim Niftəliyev, Fərrux İsmayılov və Samir Əliyev iştirak ediblər.
Bildirilib ki, sosial məsələlərdəki münasibətini nümayiş etdirən “Neftçi” bu cür layihələri daim diqqət mərkəzində saxlayır.