Zədəli futbolçuya yeni təklif

  • Dünən, 11:57

"Arsenal" hücumçu Bukayo Saka ilə yeni müqavilə ilə bağlı rəsmi danışıqlara başlamağa hazırlaşır.

Sportlife.az xəbər verir ki, futbolçunun London klubu ilə daha 2 illik sözləşməsi var.

23 yaşlı vinger "Kristal Pelas"la matçda zədələndiyi üçün dekabr ayından bu yana sıradan çıxıb. O, əməliyyat olunub.

Saka "Arsenal" akademiyasının yetirməsidir. Bu mövsüm o, bütün turnirlərdə 24 matçda 9 qol vurub və 13 məhsuldar ötürmə edib.


Paylaş: