
"Real" yetirməsi ilə anlaşdı
"Real" müdafiəçisi Raul Asensio ilə müqaviləni uzatmağa yaxındır.
Sportlife.az xəbər verir ki, Madrid klubu artıq futbolçu ilə danışıqlar aparıb və əməkdaşlığın uzadılması barədə razılığa gəlib.
22 yaşlı oyunçu "Real"ın yetirməsidir. O, cari mövsüm "Real"ın heyətində 29 oyun keçirib və 2 məhsuldar ötürmə edib.