Portuqaliya çempionu vəfat etdi

  • Dünən, 16:47

Monteneqro millisinin sabiq hücumçusu Andriya Delibasiç vəfat edib.

Sportlife.az xəbər verir ki, apreldə onun 44 yaşı tamam olacaqdı.

2023-cü ilin martında beyin şişi diaqnozu qoyulan Delibaşiçə əməliyyat olunmuşdu. Tezliklə futbola qayıdan veteran forvard "Buduçnost"un idman direktoru təyin edilmişdi. Ancaq sonra xəstəlik yenidən ortaya çıxdı.

Delibasiç "Partizan"la Serbiya, "Benfika" ilə isə Portuqaliya çempionu olub. O, “Rayo Valyekano”, “Herkules”, “Real Sosyedad”, “Malyorka” və digər klublarda da çıxış edib. Onun Monteneqro millisində 21 oyunda 6 qolu var.


Paylaş: