
Millinin sabiq üzvü futbolla vidalaşdı
İtaliya millisinin sabiq üzvü Antonio Kandreva yaşıl meydanlarla vidalaşıb.
Sportlife.az xəbər verir ki, o, 38 yaşında bu qərarı verib.
Keçmiş yarımmüdafiəçi ən parlaq dönəmlərini “Latsio” və “İnter”də keçirib. İtaliya millisinin heyətində 54 oyunda meydana çıxan Antonio 7 qolla yadda qalıb.