
Nunyes üçün 50 milyon avro
"Liverpul"un futbolçusu Darvin Nunyes mövsümün sonunda klubunu dəyişə bilər.
Sportlife.az xəbər verir ki, uruqvaylı hücumçunun “Arsenal”a transfer olunmaq ehtimalı var. “Topçular” bu keçid üçün qarşə tərəfə 50 milyon avro ödəməli olacaq.
Səudiyyə Ərəbistanı klublarının da Darvinə maraq göstərməsi ilə bağlı xəbərlər yayılıb.
Xatırladaq ki, bu mövsüm Nunyes “Liverpul”un heyətində İngiltərə çempionatında 23 oyunda, 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.