Avropa çempionatında Azərbaycanı 19 cüdoçu təmsil edəcək

  • 12 İyun 2024, 17:02

İyunun 27-də Bolqarıstanın paytaxtı Sofiyada start götürəcək yeniyetmələr arasında Avropa çempionatında Azərbaycan 19 cüdoçu ilə təmsil olunacaq.

Sportlife.az, xəbər verir ki, yığma yarışda 14 çəki dərəcəsində mübarizə aparacaq.

Qızlarda Xədicə Abdullayeva (40 kq), Leyla Ələkbərova, Nərmin Məmmədli (hər ikisi 44 kq), Diana Eldarova, Nuranə Hacızadə (hər ikisi 48 kq), Vüsalə Hacıyeva, Aysun Məmmədova (52 kq), Aytən Verdiyeva (57 kq), Mələk Bayramlı (70 kq), oğlanlardan Bahadur Feyzullayev, Məhəmmədəli Hüsiyev (50 kq), Nihad Məmişov (55 kq), Nihad Rəhimov (60 kq), Səlim Soltanov (66 kq), Cəsur İbadlı (73 kq), Mehdi Abbasov, Əli Qazıməmmədov (hər ikisi 81 kq), Hüseyn Eyvazlı (90 kq) və Sübhan Axundov (+90 kq) tatamiyə çıxacaq.

Fərid Qarayev komanda yarışında mübarizəyə qoşulacaq. Avropa çempionatında cüdoçulara yeniyetmələrdən ibarət komandanın baş məşqçisi Rüstəm Alimli, yeniyetmələrdən ibarət komandanın məşqçiləri Nicat Şıxəlizadə və Emin İskəndərov, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və məşqçi İmamverdi Məmmədov rəhbərlik edəcək.

Qeyd edək ki, idmançılar 27-29 iyun tarixlərində çempionatın fərdi yarışlarında, 30 iyunda isə komanda yarışlarında iştirak edəcək. Fərid Qarayev komanda yarışında mübarizəyə qoşulacaq.


Paylaş: