Döyüş həvəskarlarına müjdə

  • Dünən, 09:16

UFC çempionu Şon O'Malli bildirib ki, növbəti döyüşündə gürcü Merab Dvalişvili ilə döyüşəcək.

Sportlife.az xəbər verir ki, O'Malli "Youtube" kanalında “Növbəti - Merab. Arzu yerinə yetirilir. Çoxları deyir ki, mən ondan qaçıram. Belə deyil, mən bundan qaçmıram. Bu döyüşü bəyənirəm - onu məğlub etmək üçün bir neçə variantım olacaq. Döyüşü səbirsizliklə gözləyirəm" deyib.

Son döyüşdə Dvalişvili yekdil qərarla (29-28, 29-28, 29-28) Henri Sexudonu (16-4) məğlub edib.

O'Malli isə yekdil qərarla (50-45, 50-45, 50-44) Marlon Veradan (23-9) üstün olub.


Paylaş: