Həbib, yoxsa İslam?

  • Bu gün, 20:20

Amerika Kikboksinq Akamdeiyasının baş məşqçisi Xavyer Mendes hesab edir ki, yüngül çəkidə keçmiş UFC çempionu Həbib Nurməhəmmədovdan (29-0) daha təhlükəli heç kim yoxdur.

Sportlife.az xəbər verir ki, Mendes bu barədə "MMA Mania"ya açıqlamasında deyib.

“İslam bacarıq baxımından bir çox sahələrdə Həbibdən üstündür. Lakin heç kim Həbib qədər təhlükəli deyildi. Onunla döyüşdə heç nə edə bilməzsən. O, indiyə qədər gördüyüm ən güclü çənəyə sahibdir” - deyə Mendes qeyd edib.


Paylaş: