Törner Consonu döyüb kəməri özü ilə aparacağına söz verib
İrlandiyalı döyüşçü Şon Törner bu yaxınlarda Rusiya pasportu almış amerikalı Kevin Consonla döyüşdən gözləntilərini bölüşüb.
Sportlife.az xəbər verir ki, boksçu bu barədə "REN TV"yə danışıb.
“Mən İrlandiya vətəndaşıyam, 100% İrlandiyanı sevirəm və heç vaxt pasportumu dəyişməyəcəyəm və Kevin amerikalıdır, Amerikada doğulub, amma vətəndaşlığını dəyişi. İndi bu Rusiya vətəndaşını döyüb kəməri götürəcəyəm” - deyə Törner bildirib .
Qeyd edək ki, fevralın 16-da Conson və Törner "REN TV Fight Club" super turniri çərçivəsində görüşəcəklər.