
Umar Nurməhəmmədov Argentina prezidentini “axmaq” adlandırıb
MMA döyüşçüsü Umar Nurməhəmmədov Argentina prezidenti Xavyer Mileyi təhqir edib.
Sportlife.az xəbər verir ki, bundan əvvəl KİV-lər dövlət başçısının Qüdsdəki Əl-Əqsa məscidinin sökülməsinə çağırış etdiyini yazıb. Dini bina Məkkədəki Əl-Həram məscidindən və Mədinədə Peyğəmbər məscidindən sonra müsəlmanlar üçün ən vacib üçüncü binadır.
Nurməhəmmədov sosial şəbəkədə onun ünvanına "axmaq" yazıb.