Alonso: "Bu, yalnız başlanğıcdır"

  • Dünən, 15:32

"Real"ın baş məşqçisi Xabi Alonso La Liqanın VI turunda "Levante" üzərində 4:1 hesablı qələbəni şərh edib.

Sportlife.az xəbər verir ki, ispaniyalı mütəxəssis hələlik inkişaf mərhələsində olduqlarını bildirib:

"Mən 51 gündür buradayam və hələ çox yolumuz var. Çempionlar Liqasında, La Liqada və "Kral Kuboku"nda rəqabətədavamlı olmaq üçün möhkəm təməl qurmağa çalışırıq.

 Hələ də görüləsi işlərimiz, təkmilləşdirə biləcəyimiz şeylər var. Uğura aparan yol yaxşı nəticələr və işimizdir. Bu, yalnız başlanğıcdır və biz yaxşı çıxış etməyə davam etmək istəyirik”.


Paylaş: