
Argentinalı ulduz "Real"dakı ilk qolunu şərh etdi
"Real"ın yarımmüdafiəçisi Franko Mastantuono La Liqanın 6-cı turunda "Levante" üzərində 4:1 hesablı qələbədən sonra fikirlərini bölüşüb.
Sportlife.az xəbər verir ki, Madrid təmsilçisinin heyətində ilk qolunu vuran 18 yaşlı argentinalı bunun təkrarolunmaz bir hiss və inanılmaz sensasiya olduğunu bildirib:
"Üstəlik, komanda yaxşı top fərqi ilə qalib gəldi ki, bu da mənim üçün xüsusi sevincdir. Vini hücuma başladı və məni qarşı tərəfdən yaxşı gördü. Özümü çox sakit hiss edirəm, bundan həzz alıram, indi olduğum yerdə olmaq xəyaldır. Sakit bir həyat sürürəm. Ailəm və dostlarım sakit qalmağımda və işimi layiqincə görməyimdə ən böyük dəstəkçilərimdir".