Loftus-Çik Premyer Liqaya qayıdır

  • Dünən, 12:55

"Vest Hem" və "Aston Villa" "Milan"ın yarımmüdafiəçisi Ruben Loftus-Çiklə maraqlanır.

Sportlife.az xəbər verir ki, 29 yaşlı futbolçu "Milan"ın baş məşqçisi Massimiliano Alleqrinin uzunmüddətli planlarına daxil deyil.

Növbəti bir neçə ay həlledici olacaq. Əgər kifayət qədər oyun vaxtı qazanmasa, İngiltərəyə qayıtma ehtimalı getdikcə artacaq.

Loftus-Çik 2023-cü ildən "Milan"dadır və müqaviləsi 2027-ci ilə qədərdir.


Paylaş: