Yeni transfer "Milan"dakı durumundan razıdır

  • Dünən, 18:38

"Milan"ın yeni transferi Kristofer Nkunku İtaliya Kubokunun 1/8 finalında "Leççe"yə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.

Sportlife.az xəbər verir ki, yeni komandasında ilk qolunu vuran futbolçu burada özünü rahat hiss etdiyini bildirib:

"Özümü yaxşı hiss edirəm və daha da çox oynamaq əzmindəyəm. Daha da yaxşı formada olmaq üçün çalışıram. Məni çox səmimi qarşıladılar və ətrafımdakı hər kəs - məşqçilər korpusundan və komanda yoldaşlarından tutmuş azarkeşlərə qədər - xoş ab-hava yaratdılar. "Milan"da oynamaqdan məmnunam".

Nkunku bu yay "Çelsi"dən "Milan"a keçib və İtaliya klubu ilə 2030-cu ilin 30 iyununa qədər müqavilə imzalayıb. Hücumçu "Milan"ın heyətində 3 oyun keçirib.


Paylaş: