
Debüt oyununda zədələndi
"Liverpul"un müdafiəçisi Covanni Leoni İngiltərə Liqa Kubokunun 3-cü turunda "Sauthempton"a 3:1 hesabı ilə qalib gəldikləri oyunda zədələnib.
Sportlife.az xəbər verir ki, 18 yaşlı italiyalı futbolçu debüt matçının 81-ci dəqiqəsində əvəzlənib.
Onu meydançadan xərəklə çıxarıblar. Onun MRT də daxil olmaqla hərtərəfli müayinədən keçməsi planlaşdırılır.
Leoninin neçə matçı buraxacağı ilə bağlı hələlik dəqiq məlumat yoxdur.
O, "Liverpul"a 2025-ci ilin avqustunda "Parma"dan keçib.