Yamal depressiyaya düşüb?

  • Dünən, 17:52

"Barselona"nın baş məşqçisi Hansi Flik "Qızıl top"u qazana bilməyən yarımmüdafiəçi Lamin Yamalın psixi durumundan danışıb.

Sportlife.az xəbər verir ki, almaniyalı mütəxəssis futbolçusunun depressiyada olmadığını bildirib:

"Mən onu dünən gördüm və düşünürəm ki, yaxşıdır, gələcək illər üçün motivasiyalıdır. Dembele qalib gəlməyə layiq idi və Lamin bunu asanlıqla qəbul etdi. O, yaxşı olduğunu sübut etməyə hazırdır".

Qeyd edək ki, 18 yaşlı vinger səsvermədə ikinci olub. 


Paylaş: