Tanınmış məşqçi qarət olundu

  • Dünən, 15:57

Portuqaliya millisinin baş məşqçisi Roberto Martines qarət edilib.

Sportlife.az xəbər verir ki, Portuqaliyanın Kaskais şəhərində 52 yaşlı ispaniyalının evindən qızıl-zinət əşyaları və ən azı 12 bahalı saat oğurlanıb. Ziyanın ümumi məbləğinin 1 milyon avrodan çox olduğu bildirilir. Martines və ailəsi oğurluq zamanı evdə olmayıblar.

Qeyd edək ki, Martines 2023-cü ildən Portuqaliya millisinin baş məşqçisidir. O, həmçinin "Suonsi Siti", "Uiqan Atletik", "Everton" və Belçika millisinin baş məşqçisi vəzifəsində çalışıb.


Paylaş: