
"Bəlkə də köhnə fikirliyəm, amma bu, axmaqlıqdır"
"Liverpul"un baş məşqçisi Arne Sloot "Sauthempton"la kubok oyununda qırmızı vərəqə alan Uqo Ekitikenin hərəkətlərinə münasibət bildirib.
Sportlife.az xəbər verir ki, təcrübəli mütəxəssis emosiya göstərməyin normal olduğunu bildirib:
"Lakin bunu elə etmək lazımdır ki, sarı və ya qırmızı vərəqə ilə cəzalandırılmayasan. Mən də yüksək səviyyədə futbol oynamışam və bir çox qollar vurmuşam. O halda anlayış göstərərdim ki, bu qol Çempionlar Liqasının finalında vurulmuş olardı. Bəlkə də mən köhnə fikirliyəm. Axı mənim 47 yaşım var. Amma hər halda bu, sadəcə axmaqlıqdır".
Qeyd edək ki, Ekitike İngiltərə Liqa Kubokunda "Sauthempton"a qol vurduqdan sonra köynəyini çıxararaq qolu bayram edib. Hakim isə oyunçuya ikinci sarı vərəqəni göstərərək onu meydandan qovub. Ekitike "Kristal Pelas"la matçı buraxmalı olacaq.