Zədəli futbolçularla bağlı son durum

  • Dünən, 16:56

"Roma"nın baş məşqçisi Can Piero Qasperini Paulo Dibala və Leon Beylinin zədə səbəbindən oktyabrın ortalarına qədər oynamayacaqlarını təsdiqləyib.

Sportlife.az xəbər verir ki, italiyalı mütəxəssis onları fasilədən sonra meydanda görə biləcəklərini və ondan əvvəl qayıda bilməyəcəklərini düşündüyünü bildirib.

Qeyd edək ki, Dibala sentyabrın əvvəlində "Torino" ilə oyunda budundan yüngül zədə alıb, Beyli isə bu yay "Roma" ya transferindən sonra oynamayıb.


Paylaş: