UEFA İsrailə bata bilmədi

  • Dünən, 13:37

UEFA İsrail milli komandalarını və klublarını beynəlxalq yarışlardan kənarlaşdırmaq fikrində deyil.

Sportlife.az xəbər verir ki, UEFA-nın mövqeyi İsrail və beynəlxalq diplomatlar, idman rəsmiləri və ABŞ nümayəndələrinin səyləri ilə dəstəklənib.

Sentyabrın 23-də Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi FİFA və UEFA-nı İsrail milli komandasına qadağa qoymağa çağırıb. Lakin bu qurumun formal olaraq futbolla bağlılığı yoxdur.

2025-ci ilin martında İsrail qüvvələri Qəzza zolağında hərbi əməliyyatları bərpa edib və bununla da 2025-ci ilin yanvarında yaradılmış atəşkəs rejiminə son qoyub.


Paylaş: