
Mbappe Zidanı geridə qoydu
“Real"ın hücumçusu Kilian Mbappe İspaniya çempionatının altıncı turunda “Levante” üzərində 4:1 hesablı qələbə qazandıqları oyunda iki qol vurub.
Sportlife.az xəbər verir ki, 26 yaşlı fransalı bununla da La Liqadakı qollarının sayını 38-ə çatdırıb.
Bu göstərici ilə o, Zinəddin Zidan və İskonu (hər ikisi 37) qabaqlayıb. Mbappe hazırda Luiş Fiqu və Davor Şukerlə bərabər 42-ci yeri bölüşür. Kriştianu Ronaldu 311 qolla rekorda sahibdir.
Mbappe hazırda İspaniya La Liqasında Madrid komandasında çıxış etmiş fransız futbolçular arasında ikinci yerdədir. Kərim Benzema 238 xalla rekordçudur.