Alvares PSJ-nin hədəfində

  • 17 Noyabr 2025, 15:55

PSJ "Atletiko"nun hücumçusu Xulian Alvaresi transfer etməyi düşünür.

Sportlife.az xəbər verir ki, parislilərin baş məşqçisi Luis Enrike 25 yaşlı argentinalı futbolçunu sərəncamında görmək istəyir. Paris klubu bir neçə həftədir oyunçunun transfer perspektivlərini araşdırır.

Alvaresin özü də Enrikenin rəhbərliyi altında işləməkdə maraqlı olduğunu bildirib.

"Barselona" və bir neçə İngiltərə klubu da hücumçuya maraq göstərir. Lakin argentinalı İngiltərəyə qayıtmağı düşünmür.

"Atletiko" hücumçusunu 120 milyon avroya satmağa hazırdır.


Paylaş: