
“Arsenal” İspaniya millisinin üzvüylə maraqlanır
"Arsenal" bu yay yarımmüdafiəsini yeni futbolçu ilə gücləndirməyi düşünür.
Sportlife.az "The Athletic"ə istinadən xəbər verir ki, "topçular"ın maraqlandığı oyunçulardan biri də Mikel Merinodur.
Merino 2018-ci ildən bəri "Real Sosyedad"da çıxış edir. Onun bask klubuyla müqaviləsi gələn ilin yayında başa çatacaq.