
"Barselona" onu satmağı düşünmür
"Barselona"nın idman direktoru Deku müdafiəçi Ronald Arauxonun gələcəyi haqda danışıb.
Sportlife.az xəbər verir ki, o, aparıcı futbolçunu satmağı düşünmədiklərini bildirib:
"O, burada xoşbəxtdir. Əgər gələcəkdə hansısa səbəbdən dəyişikliyə ehtiyac yaranarsa, bu barədə bizə məlumat vermək imkanı var. Amma düşünmürəm ki, o, bunu istəyər. Əks halda müqaviləni uzatmazdı”.
Qış transfer pəncərəsi zamanı Arauxonun komandanı tərk edə biləcəyi ilə bağlı xəbərlər yayılmışdı.
25 yaşlı uruqvaylının müqaviləsi 2031-ci ilin yayına kimi nəzərdə tutulub.