
"Barselona"da yeni futbolçu
Runi Barci bu gün İspaniyaya gedərək "Barselona" ilə müqavilə imzalayacaq.
Sportlife.az xəbər verir ki, Kataloniya klubu bu keçid üçün "Kopenhagen"ə 2 milyon avrodan çox təzminat ödəyəcək.
Artıq tibbi müayinədən keçən futbolçu "Barselona" ilə birbaşa müqavilə üçün İspaniyaya uçacaq.
Barci "Kopenhagen"in heyətində 84 oyun keçirib, 15 qol vurub və 1 məhsuldar ötürmə edib.