"Bavariya" Kimmixi onunla əvəz edə bilər

  • 21 Noyabr 2023, 17:17

"Bavariya" yaxın vaxtlarda qeydiyyatını dəyişəcək yarımmüdafiəçi Coşua Kimmix üçün əvəzedici axtarmağa başlayıb.

Sportıife.az “Todofichajes”ə istinadla xəbər verir ki, Almaniya nəhəngi bütün diqqətlərini İngiltərə Premyer Liqasına yönəldib.

Bundesliqa çempionu “Mançester Siti”nin və İngiltərə milli komandasının müdafiəçi yarımmüdafiəçisi Kalvin Fillips ilə maraqlanır. Münhenlilər yarımmüdafiəçi uğrunda "Liverpul" və "Yuventus"la yarışa bilər.

Kalvinin “vətəndaşlar”la hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. Yarımmüdafiəçinin transfer dəyəri 28 milyon avro qiymətləndirilir.


Paylaş: