
“Bavariya” niderlandlı müdafiəçini satmağı düşünür
"Bavariya" yayda bəzi oyunçularıyla vidalaşacaq.
Sportlife.az xəbər verir ki, bu futbolçulardan biri də Matteys de Liqtdir. Münhen klubu yüksək maaşına görə niderlandlı müdafiəçini satmaq istəyir.
De Liqt 2022-ci ilin yayından "Bavariya"da çıxış edir. O, başa çatan mövsümdə 30 oyuna çıxıb və 2 qol vurub.