
Bu dəfə Bellinqem və Musialanı seçdilər
Yeni futbol simulyatoru FC 26-nın üz qabığının əsas simaları "Real"dan Cud Bellinqem və "Bavariya"dan Camal Musiala olacaq.
Sportlife.az xəbər verir ki, məşhur kiberfutbol seriyasının əvvəllər FİFA adlanan yeni hissəsinin rəsmi açıqlaması iyulun 16-da baş tutacaq.
Keçən il FC 25-in standart buraxılışının üz qabığında Bellinqemin "Santiaqo Bernabeu" stadionunda "Barselona"ya vurduğu qolu qeyd etməsi əks olunub. "Ultimate" nəşrin üz qabığında Aitana Bonmati, Devid Bekhem, Canluici Buffon və Zinəddin Zidan yer alıb.