Dalot Bundesliqaya köçür

  • 12 Mart 2025, 15:28

"Bavariya" "Mançester Yunayted"in və Portuqaliya millisinin futbolçusu Dioqo Dalotun transferində maraqlıdır. 

Sportlife.az xəbər verir ki, Münhen klubu mövsümün sonunda 25 yaşlı müdafiəçinin keçidi üçün “qırmızı şeytanlar”la razılığa gəlməyə çalışacaq.

Xatırladaq ki, bu mövsüm Dalot Mançester klubunun heyətində İngiltərə çempionatında 27 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.


Paylaş: