21 Noyabr 2023, 12:40

"Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonq komandanın ümumi qrupuna qayıdıb.

Sportlife.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb. 

Mənbənin məlumatına görə, de Yonq noyabrın 25-də keçiriləcək La Liqanın 14-cü turunun “Rayo Valyekano” ilə oyununa hazır olacaq.

Xatırladaq ki, hollandiyalı futbolçu İspaniya çempionatında “Selta” ilə matçda zədələnmişdi.

Cari İspaniya çempionatının 13 turundan sonra "Barselona" 30 xal toplayaraq turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.