"Depressiyada idim, heç nədən zövq almırdım"

  • 3 Dekabr 2025, 16:30

"Real" və "Mançester Yunayted"in keçmiş müdafiəçisi Rafael Varan Madrid klubuna qoşulduqdan sonra üzləşdiyi psixoloji problemlərdən danışıb.

Sportlife.az xəbər verir ki, fransalı veteran futbolçu maraqklı fikirlər səsləndirib:

"Real"a qoşulduqdan sonra problemlər yaşamağa başladım. 18 yaşım var idi və normal gəncliyim yox idi. Tək idim, daim məşq edirdim və demək olar ki, oynamırdım. Xəyalımın puç olduğunu hiss edirdim. Evə getmək istəmirdim. Bu, depressiya idi. Artıq heç nədən zövq almırdım. Düşünürdüm ki, uğur qazanmaq üçün bundan keçməliyəm. DÇ-2018-dən sonrakı dövr də çox çətin idi. Təsəvvür edin, xəyalınıza çatırsınız, özünüzü dünya futbolunun zirvəsində tapırsınız və sonra çöküş baş verir. Pandemiya mənə o depressiv vəziyyətdən çıxmağa kömək etdi. Bütün bu emosiyaların öhdəsindən gələ və güclənə bildim. Sıx qrafik böyük çətinlikdir. Başa düşürəm ki, bu da bir işdir. Robot kimi işləməlisən, yoxsa 100% oynamayacaqsınız. Belədə fiziki zədələr artır və təbii ki, bu, oyunçuların zehni sağlamlığına əhəmiyyətli dərəcədə təsir göstərir. Futboldan ayrılmağımın səbəblərindən biri də bu idi".

Varan 2011-ci ildən 2021-ci ilə qədər "Real"da oynayıb. 


Paylaş: