
"Əl İttihad"ın yarımmüdafiəçisi zədələndi
"Əl İttihad"ın yarımmüdafiəçisi Nqolo Kante əzələsindən zədə alıb.
Sportlife.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti məlumat yayıb.
32 yaşlı yarımmüdafiəçi ölkə çempionatının "Abha" klubu ilə oyununda (4:2) zədələnib.
Xatırladaq ki, həmin görüşdə Kante 73 dəqiqə meydanda olub və fərqlənməyib. Futbolçunun sağalması təxminən 3 həftə çəkəcək.
"Əl-İttihad"ın növbəti oyunu noyabrın 24-də baş tutacaq, rəqibi "Əl-İttifaq" olacaq.