"Fənərbağça"nın yeni forvardı bu gün İstanbula gəlir

  • 22 İyul 2024, 13:13

"Fənərbağça" Yussef En-Nesiri transferində sona yaxınlaşır.

Sportlife.az xəbər verir ki, mərakeşli forvardın bu gün İstanbulda olacağı gözlənilir. İstanbul klubu bu keçid üçün "Sevilya"ya bonuslarla birlikdə 25 milyon avro ödəyəcək.

En-Nesiri ilə 4 illik müqavilə imzalanacaq. Bu transfer Türkiyə tarixinin ən bahalı keçidi olacaq.


Paylaş: