Finalın qəhrəmanından ilk açıqlama

  • 25 Fevral 2024, 22:32

"Liverpul"un müdafiəçisi Vircil van Deyk İngiltərə Liqa Kubokunun finalında "Çelsi"ni məğlub etdikdən (1:0) sonra hisslərini bölüşüb.

Sportlife.az xəbər verir ki, mersisaydlıların kapitanı yeganə qolu 118-ci dəqiqədə vurub.

“Bu, inanılmazdır, mən komanda ilə fəxr edirəm. Hər iki komanda üçün gərgin oyun oldu. Möhtəşəm. "Liverpul" kapitanı kimi ilk kubok azarkeşlərə həsr olunur, ona görə də gəlin bundan həzz alaq. Mən çox fəxr edirəm. Mən bu klubun bir hissəsi olduğum üçün fəxr edirəm və xüsusilə komanda yoldaşlarımla qürur duyuram" - deyə van Deyk bildirib.

“Liverpul” 10-cu dəfə İngiltərə Liqa Kubokunun qalibi olub. Bu, turnir rekordudur.


Paylaş: