İspaniya klubunda yeni müqavilə
"Betis" müdafiəçi German Pezzella ilə müqaviləni uzadıb.
Sportlife.az xəbər verir ki, 32 yaşlı argentinalı ilə yeni müqavilə 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Əvvəlki müqavilə 2025-ci ilin yayında başa çatmışdı.
Pezzella 2021-ci ilin yayında “Fiorentina”dan 3,25 milyon avroya “Betis”ə qayıdıb.
Bu mövsüm o, Sevilya komandasında 30 oyun keçirib və 1 qol vurub.