
İsveçli futbolçu A Seriyasına doğru
"Mançester Yunayted"in futbolçusu Viktor Lindelöf karyerasını İtaliyada davam etdirə bilər.
Sportlife.az "TEAMtalk" portalına istinadən xəbər verir ki, "Milan" və bir neçə A Seriyası klubu isveçli müdafiəçiylə yaxından maraqlanır.
Lindelöf 2018-ci ildən "qırmızı şeytanlar"dan çıxış edir. Onun klubla müqaviləsi gələn ilin yayında bitir.