Juninyo Braziliya çempionu oldu

  • Bu gün, 10:26

Braziliya A Seriyasında cari mövsümün qalibi bəlli olub.

Sportlife.az xəbər verir ki, 37-ci turda evdə "Seara"nı məğlub edən "Flamenqo" sona 1 tur qalmış çempionluğu təmin edib.

Yeganə qolu Xorxe Karraskalın məhsuldar ötürməsindən sonra Samuel Lino vurub.

Bu qələbə ilə xallarını 78-ə çatdıran "Flamenqo" ən yaxın izləyicisi "Palmeyras"ı 5 xal qabaqlayır.

Qeyd edək ki, hazırda "Flamenqo"da "Qarabağ"ın sabiq hücumçusu Juninyo da çıxış edir. O, yanvarda 5 milyon avroya bu komandaya keçib.


Paylaş: