Şevçenkodan "Milan"ın oyununa qiymət

  • Bu gün, 15:47

"Milan"ın keçmiş hücumçusu, hazırda Ukrayna Futbol Assosiasiyasının prezidenti olan Andrey Şevçenko İtaliya klubunun A Seriyasındakı çıxışını qiymətləndirib.

Sportlife.az xəbər verir ki, veteran futbolçu bunları deyib:

"Milan" Skudettoya can atır. Alleqrinin işini çox yüksək qiymətləndirirəm. O, oyunçuları liderliyə aparmaqda yaxşıdır. Üslubunu bəyənib-bəyənməməyinizdən asılı olmayaraq, nəticə verən məşqçidir".

İtaliya çempionatının 13 turundan sonra "Milan" 28 xalla turnir cədvəlinə başçılıq edir.


Paylaş: