Yığmada yeni baş məşqçi
Talqat Baysufinov Qazaxıstan milli komandasının tam ştatlı baş məşqçisi olacaq.
Sportlife.az xəbər verir ki, sentyabr ayından etibarən müvəqqəti baş məşqçi vəzifəsini icra edən mütəxəssislə yaxın günlərdə müqavilə imzalanacaq.
Qazaxıstan Baysufinovun rəhbərliyi altında 4 oyun keçirib, bunlardan 3-ü DÇ-2026-nın seçmə mərhələsində olub. Komanda J qrupunda dördüncü yeri tutub və final mərhələsinə yüksələ bilməyib.