"Qarabağ" Koxalskiyə qiymət qoydu
"Qarabağ" bir çox klubun diqqət mərkəzində olan Mateuş Koxalskinin dəyərini müəyyənləşdirib.
Sportlife.az xəbər verir ki, Ağdam təmsilçisi polşalı qolkiperə 7 milyon avro qiymət qoyub.
Bu barədə Polşanın "Sklad" portalı məlumat yayıb. Xəbərdə qeyd edilib ki, bu məbləğ məqbul olsa da, Koxalskinin daha əvvəl böyük çempionatda oynamamağı risk ehtimalını da özü ilə birlikdə gətirir.
Qapıçı ilə Dortmund "Borussiya"sı və "Napoli" maraqlanır.
Qeyd edək ki, Mateuş Koxalski 2024-cü ilin yayında "Qarabağ"a qoşulub. 25 yaşlı qapıçı cari mövsüm 15 oyunda meydana çıxıb və bu görüşlərin 5-də qapısını toxunulmaz saxlamağı bacarıb.