“Kasımpaşa”dan “Aston Villa”ya
"Kasımpaşa"nın futbolçusu Yasin Özcan karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Sportlife.az "A Spor"a istinadən xəbər verir ki, "Aston Villa" gənc futbolçunun keçidi üçün İstanbul klubuyla razılığa gəlib. Birmingen klubu bu transferə görə 8 milyon avro ödəyəcək.
Klublar arasındakı razılaşmaya görə Y. Özcan cari mövsümün sonuna qədər icarə əsasında "Kasımpaşa"da çıxış edəcək.