Konate "Liverpul"da qalacaqmı?

  • 17 Noyabr 2025, 14:53

"Liverpul"un fransız müdafiəçisi İbrahima Konate klubla müqaviləsinin uzadılması ilə bağlı danışıqlardan söz açıb.

Sportlife.az xəbər verir ki, futbolçu hər şeyin göründüyü qədər asan olmadığını bildirib:

"Çətindir, hər şeyi deyə bilmərik, çünki mediada artıq çox şey deyilib. Oxuduğum bəzi şeylər məni düşündürür. Bu, məni bütün detalları bilməyən "Liverpul" azarkeşləri qarşısında çətin vəziyyətə salır".

Konate bu mövsüm Premyer Liqada 11 oyun keçirib.


Paylaş: