Luis Enrike 90 milyonluq futbolçudan razı deyil
PSJ-nin baş məşqçisi Luis Enrike forvardı Randal Kolo Muaninin çıxışından razı deyil.
Sportlife.az xəbər verir ki, 25 yaşlı hücumçu yanvar ayında klubdan ayrıla bilər.
PSJ ötən yay onu 90 milyon avroya "Ayntraxt"dan transfer edib.
Kolo Muani Paris klubunda 49 oyuna 11 qol vurub.