Lukakunun "Çelsi" qayğısı

  • 28 Mart 2024, 09:33

Romelu Lukaku "Çelsi"də özünü sübut etmək imkanı ilə bağlı sualı cavablandırıb.

Sportlife.az "Mirror"a istinadla xəbər verir ki, Lukakudan "Çelsi"yə qayıdanda yeni dövr üçün motivasiyasının olub-olmadığını soruşduqda , oyunçu belə cavab verib: "Bunu "Çelsi"dən soruşmalısınız".

Qeyd edək ki, "Çelsi"yə məxsus belçikalı hücumçu hazırda "Roma"da icarə əsasında çıxış edir və A Seriyasında 26 matçda 10 qola imza atıb.

 


Paylaş: