Mbappe daha bir oyunu buraxacaq

  • 22 Aprel 2025, 18:30

"Real"ın hücumçusu Kilian Mbappe La Liqanın 33-cü turunun "Xetafe" ilə oyununda iştirak etməyəcək.

Sportlife.az xəbər verir ki, fransalı hücumçunun topuğundakı zədə tam sağalmayıb. 

Qarşılaşma aprelin 23-də baş tutacaq.

Mbappe İspaniya çempionatının 32-ci turunun "Atletik"lə matçını (1:0) da buraxıb.


Paylaş: