Mbappedən həmyerlisinə təbrik
"Real" və Fransa millisinin hücumçusu Kilian Mbappe PSJ-nin vingeri Dezire Dueni İtaliyanın "Tuttosport" qəzeti tərəfindən təqdim edilən Avropanın ən yaxşı gənc oyunçusu mükafatı qazanması münasibətilə təbrik edib.
Sportlife.az xəbər verir ki, ulduz futbolçu həmyerlisinin mükafata layiq olduğunu bildirib:
"Təbrik edirəm, ulduz. Tamamilə layiqsən! Xoşbəxt ol, sağal və tezliklə yanımıza qayıt".
Dou oktyabrın sonlarında bud əzələsindən aldığı zədədən əziyyət çəkir.